Şimali Koreyanın atdığı mərmilər Yapon dənizinə düşdü
31 iyul 2019 07:49 (UTC +04:00)

Şimali Koreyanın atdığı mərmilər Yapon dənizinə düşdü



Şimali Koreya (KXDR) şərq sahillərindən bir neçə naməlum raket atışını həyata keçirib.

APA “Renhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. 

Mərmilərin Hamgen Namdo əyalətindən atıldığı bildirilir. 

Baş Qərargah Rəisləri Komitəsi ordunun dərhal döyüş hazırlığı vəziyyətinə gətirilməsinə göstəriş verib və atışlar nəzarətə götürülüb. 

Komitə rəsmiləri qeyd edib ki, ardıcıl iki raket atışları KXDR-in cənub-şərqindəki Vonsan liman-şəhərindən həyata keçirilib. Mərmilər 430 kilometr uçaraq Yaponiya dənizinə düşüb.

Raketlərin mobil nəqliyyat-qurğusundan atıldığını deyən hərbçilər mərmilərin KXDR-in bu ilin mayında atdığı eynitipli marka olduğuna əmindirlər.

Qeyd edək ki, KXDR may ayında bir neçə dəfə qısamənzilli ballistik raketlər atmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar