Silahlılar 15 neftçini oğurladı
04 sentyabr 2016 06:28 (UTC +04:00)

Silahlılar 15 neftçini oğurladı

0

Silahlı şəxslər Nigeriyanın “neft paytaxtı” Port-Xarkort şəhərində 15 neftçini oğurlayıb.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, girov götürülən şəxslərin hamısı yerli “Nestoil” şirkətinin əməkdaşlarıdır. Silahlılar neftçiləri daşıyan avtobusa hücum edərək, onu naməlum istiqamətə sürüblər. Hadisə şirkətin ofisindən 100 km aralıda baş verib.

 

Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil. Analoji insidentlər Nigeriyada mütəmadi baş verir. Bu cür hadisələr həm adi cinayətkarlar, həm də “Boko Haram” terror qruplaşması tərəfindən törədilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar