Qərbi Afrika ölkəsi olan Qanada iki sərnişin avtobusu toqquşub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtobusların toqquşması nəticəsində ilkin məlumata görə, 70 nəfər dünaysını dəyişib.
Qəzada çoxlu sayda yaralananların olduğu da qeyd olunub.
Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib.
Ölkənin səlahiyyətli şəxsləri ölənlərin sayının daha da artmasından narahatlıq keçirirlər.