Serbiya növbəti dəfə rədd edildi
25 yanvar 2017 00:32 (UTC +04:00)

Serbiya növbəti dəfə rədd edildi

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) Serbiya Futbol Federasiyasının (SFF) Kosovanın UEFA-nın üzvü olmasıyla bağlı şikayətinə cavab verib. Apasport.az saytının məlumatına görə, CAS serblərin etirazını rədd etib.

 

SFF UEFA-nın 55-ci üzvü olan Kosovanın üzvlüyünün ləğv edilməsiylə bağlı CAS-a müraciət etmişdi.

 

Qeyd edək ki, Kosovanın UEFA-nın üzvü seçilməsiylə Serbiya Futbol Federasiyasının prezidenti Tomislav Karadziç qərarın siyasi xarakter daşıdığını, futbolun siyasətə uduzduğunu bildirmişdi.

 

Avropanın ali futbol qurumunun Kosovanı üzvlüyə qəbul etməsindən sonra FİFA da eyni addımı atmış və bu ölkənin milli komandası DÇ-2018-in seçmə mərhələsində çıxış etməyə başlamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Oxşar yazılar