Separatçıların KVN komandası indi də Moskvada
14 fevral 2017 14:00 (UTC +04:00)

Separatçıların KVN komandası indi də Moskvada

Qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən “Duz və çörəklə” KVN komandası Moskvada çıxış edəcək. Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondunun sədri Şamil Tağıyevin Lent.az-a verdiyi məlumata görə, separatçılar fevralın 16-da  Rusiya paytaxtında keçiriləcək “Moskva və Moskva vilayəti Liqası Festivalı”na dəvət alıblar.

Məlumata görə, yarış Moskvanın Şeremetyevski küçəsi, 2 ünvanında yerləşən “Planeta KVN”-in binasında keçiriləcək.

“Artıq afişalar belə vurulub. Ermənilər Moskvada yaşayan həmyerlilərinə çağırışlar edərək onları yarışmaya dəvət edirlər”.

Şamil Tağıyevin dediyinə görə, Soçidə keçirilən yarışmaya buraxılman separatçı komanda Moskvada bu istəyinə nail olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar