Separatçılar ilk dəfə Ukrayna ordusuna havadan zərbə endirib
04 fevral 2015 07:58 (UTC +04:00)

Separatçılar ilk dəfə Ukrayna ordusuna havadan zərbə endirib

Luqansk separatçıları ilk dəfə Ukrayna hərbçilərinə qarşı aviasiyadan istifadə edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, separatçılara məxsus “SU-25” döyüş təyyarəsi Ukrayna ordusunun Artyomovsk-Debaltsevo magistral yolu ilə hərəkət edən maşın  karvanına zərbələr endirib.

 

Zərbələr nəticəsində Ukrayna ordusunda itkilər barədə hələlik məlumat verilmir.

 

Qeyd edək Ukrayna Hərbi-Hava Qüvvələrinə məxsus  “SU-25” döyüş təyyarəsi 2014-cü ilin iyul ayında separatçılar tərəfindən vurulub. Təyyarə separatçılar tərəfindən təmir edilərək istifadəyə verilib.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar