ABŞ Senatının xarici işlər komitəsi BMT-dəki daimi nümayəndəsi vəzifəsinə Nikki Heylinin namizədliyini təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikki Heylinin prezident Tramp tərəfindən irəli sürülən namizədliyi yekdilliklə dəstəklənib.
Nikki Heylinin namizədliyi növbəti mərhələdə Senat tərəfindən dəstəklənməlidir.
Nikki Heyli 2011-ci ildən Cənubi Karolina ştatının qubernatoru vəzifəsində çalışıb.