Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Biz terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Xahiş edirəm, hadisə ilə bağlı mənim başsağlığımı qəbul edəsiniz. Ölənlərin qohumlarına möhkəm olmağı, yaralılara isə şəfa diləyirəm”, deyə məktubda bildirilir.
Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.