Gürcüstanın sabiq prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazır olduğunu bəyan edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə M. Saakaşvili “NewsOne” telekanalına müsahibəsində bildirib.
“Mən Ukraynaya qayıtmağa hazırlaşıram, Ukrayna tələbələri Ukraynaya qayıtmağa hazırlaşmalıdırlar”, - deyə M. Saakaşvili qeyd edib.
Gürcüstanın sabiq prezidenti hazırda Avropada yaşadığını, çoxlu səfərlər etdiyini və müxtəlif insanlarla görüşlər keçirdiyini bildirib. M. Saakaşvili həmçinin Avropa ali təhsil müəssisələrində oxuyan ukraynalı tələbələrlə də görüşlər, Ukraynada turizmin perspektivləri mövzusunda seminarlar keçirdiyini bildirib.
Qeyd edək ki, M. Saakaşvili 2017-ci ildə Ukrayna vətəndaşlığından məhrum edilib, 2018-ci ildə isə ölkədən çıxarılıb.