Rusiyanın Krasnoyarsk vilayətində baş verən yanğınlar nəticəsində 1 042 434 hektar meşə ərazisi yanıb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, yanğınlar təkcə bu vilayətdə yox, qonşu İrkutsk vilayətində və Buryatiyada da davam edir.
Yerli ekspertlərin fikrincə, belə davam etdiyi təqdirdə yanğın Tayqa meşələrinin əksər hissəsini bürüyə bilər.