Rusiyalı nazir: “Türkiyə üçün endirim müzakirə olunmur”
09 avqust 2016 20:38 (UTC +04:00)

Rusiyalı nazir: “Türkiyə üçün endirim müzakirə olunmur”

Türkiyəyə veriləcək qazın qiymətində endirim məsələsi gündəmdə deyil.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

 

“Bu məsələ gündəmə çıxarılmayıb və müzakirə olunmayıb. İndiki vəziyyət iki il əvvəlkindən fərqlidir, çünki, birincisi, qiymətlər xeyli aşağı düşüb və hazırkı kontrakt qiymətlərinin formulu üzrə təklif edilən qiymətlər kifayət qədər rəqabətlidir, bu səbəbdən, qeyd olunan məsələ sadəcə olaraq gündəmdə yoxdur”, - deyə Novak bildirib.        

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar