Rusiyalı idmançı Ermənistan vətəndaşını döyə-döyə öldürdü
23 oktyabr 2016 16:33 (UTC +04:00)

Rusiyalı idmançı Ermənistan vətəndaşını döyə-döyə öldürdü

Rusiyannı Omsk şəhərində Ermənistan vətəndaşının qətlində şübhəli bilinən qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı idmançı Nikita Fedonenko saxlanılıb.

 

Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi Regional İdarəsinin rəsmi nümayəndəsi Larisa Boldinova bildirib ki, faktla bağlı RF CM-nin 11 maddəsinin dördüncü bəndi (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) əsasında cinayət işi qaldırılıb.

 

L.Boldinova qeyd edib ki, 22 yaşlı Fedonenko 32 yaşlı Vaqe Zalibekyanı ölümcül döyüb. Fedonenko və Zalibekyan arasında mübahisənin hansı səbəbdən yaranması hələlik məlum deyil.

 

“SuperOmsk” öz mənbələrinə istinadən xəbər verir ki, döyüşçünün evində axtarış zamanı “skinxedlərin istifadə etdiyi alətlər” aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar