Rusiyadan Azərbaycana qaçaqmal gətirilməsinin qarşısı alınıb
01 iyul 2014 14:23 (UTC +04:00)

Rusiyadan Azərbaycana qaçaqmal gətirilməsinin qarşısı alınıb

0

Azərbaycan gömrükçüləri Rusiyadan Azərbaycana qaçaqmal gətirilməsinin qarşısı alıblar.


 

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

 

Xaçmaz  Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Rusiya istiqamətindən Azərbaycana Hüseynov Xəyyam Xanlar oğlu və İsmayılov Elçin İsgəndər  oğlu tərəfindən “DaımlerChraysler” markalı yük nəqliyyat vasitəsi ilə  müxtəlif yüklərin arasında Rusiyaya məxsus aksiz markaları  ilə markalanmış spirtli içkilərin gətirilməsi barədə məlumat daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Rusiyadan Azərbaycana gələn “fəhlə geyimləri” və “fəhlə ayaqqabıları” yüklü nəqliyyat vasitəsinə  “Samur” gömrük postunda keçirilən baxış zamanı karton qutularda olan fəhlə geyimləri və fəhlə ayaqqabıları ilə əhatə olunmuş yüklərin arasından  qara polietilen paketlərə bükülmüş bağlamalar aşkarlanıb. Həmin bağlamalarda hər birinin içərisində  6 ədəd 0,7 litrlik  olmaqla 96 karton qutuda, ümumi sayı 576  ədəd Rusiyaya məxsus aksiz markası ilə markalanmış “Beluga Transatlantik Rasing” markalı araqlar aşkar edilib.

 

«Samur» gömrük postunda Rusiyadan Azərbaycana gələn Rusiya vətəndaşı Raqimov Zaur Şamsaddinoviçdən isə  valyuta sərvətləri aşkarlanıb. Belə ki, postun giriş qapısına yaxınlaşan Z. Raqimov Azərbaycan istiqamətində giriş qapısında dayanan bir nəfərə  əlində olan bağlamanı verib. Sonra  ondan  bağlamanı  qəbul edən  şəxs  saxlanılaraq postun gömrük zonasına dəvət edilib və Z. Raqimovdan nə qəbul etdiyi barədə şifahi sorğu-sual olunub. Özünü Azərbaycan vətəndaşı Güləhmədov Baləhməd Eldar oğlu  kimi təqdim edən  şəxs  bildirib ki, ona ötürülən bağlamada pul olub. Bundan sonra, Z. Raqimovun gömrük nəzarətindən gizli yolla B. Güləhmədova ötürdüyü valyutalara hal şahidlərinin iştirakı ilə baxış keçirilib və pulların  69 ədəd  500-lük  avro, ümumi 34 500 avro olduğu müəyyən edilib.

 

Faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar