Rusiyada vətəndaşlıq almaq asanlaşa bilər
26 mart 2018 22:44 (UTC +04:00)

Rusiyada vətəndaşlıq almaq asanlaşa bilər

0

Rusiya Daxili İşlər Nazirliyi ölkə vətəndaşlığını əldə etmək üçün tələb olunan proseduru asanlaşdırmağı planlaşdırır.

 

Lent.az-ın “Trend”ə istinadən xəbərinə görə , bu barədə daxili işlər nazirinin müavini Aleksandr Qorovoy deyib.

 

Nazir müavini bildirib: "Biz prosesi optimallaşdırmaq üçün lazım olan hər şeyi edəcəyik".

 

A.Qorovoy qeyd edib ki, nazirlik ölkəyə uzun müddətli və ya daimi yaşamağa gələn əcnəbilər üçün ən rahat şərait yaratmaq məqsədi daşıyır:

 

"Biz ölkəmizə gələn yüksəkixtisaslı mütəxəssislərin və ali məktəblərimizdə təhsil alan xarici tələbələrin Rusiya vətəndaşı olmaq istəməsinə ikiəlli razıyıq".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 793

Oxşar yazılar