Rusiya Krımı Ukraynaya vermək istəmir
26 fevral 2014 03:41 (UTC +04:00)

Rusiya Krımı Ukraynaya vermək istəmir

Krım Muxtar Respublikasının parlamenti binasının mərkəzi girişi üzərində Rusiyanın bayrağı sancılıb.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, qurumun binası qarşısında 300-500 nəfərdən ibarət qrup piket keçirib. Onlar Krımın Ukraynadan ayrılmasının təmin olunması haqda qərar qəbul edilməsini istəyib.

 

Krım parlamentinin sədri Vladimir Konstantinov onların qarşısına çıxaraq, bildirib: «Kiyev problemlərimiz həll etmək istəmir. Ona görə də biz birləşib israrlı fəaliyyət göstərməliyik. Muxtariyyətin və krımlıların yetərincə gücü var. Neonasizm Krımda keçməyəcək. Biz Krımı verməyəcəyik».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713
avatar

Oxşar yazılar