Rusiya İŞİD və "Nüsrə"ni bombaladı
17 noyabr 2016 21:56 (UTC +04:00)

Rusiya İŞİD və "Nüsrə"ni bombaladı

Noyabrın 17-də Rusiya Hava Koskmik Qüvvələrinin strateji raketdaşıyıcıları qanadlı raketlərlə İŞİD və "Cəhbət ən-Nüsra" terrorçu təşkilatlarının Suriyadakı obyektlərinə zərbələr endiriblər. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, qanadlı raketlər Aralıq dənizi akvatoriyasından buraxılıb.

 

Təyyarələr Rusiya Federasiyası ərazisindəki aerodromlardan birindən havaya qalxıb və havada iki dəfə yanacaqla təmin olunaraq 11 min kilometrdən çox məsafəni qət edib.

 

Raketdaşıyıcılarının marşrutu şimaldakı dənizlərin üzərindən və Şərqi Atlantikanın akvatoriyasından  keçib. Təyyarələrə raket zərbəsi endirdikdən sonra aerodroma qayıdıblar.

Terrorçuların mövqelərinə zərbələrin endirilməsinə "Admiran Kuznetsov" kreyserindəki Su-33 qırıcıları və Hmeymim bazasındakı zərbə aviasyaları da cəlb olunub.

 

Nəticədə terroçuların silah-sursat anbarlarına, hərbi texnika və silah istehsalı sexlərinə avia zərbələr endirilib. Bütün hədəflərin koordinatları bir neçə kəşfiyyat kanalı ilə yoxlanılıb və təsdiqlənib. Zərbələrin nəticələri isə pilotsuz uçuş aparatları ilə yoxlanılıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar