Rusiya hərbi qüvvələrinə məxsus Mİ-28H vertolyotu Suriyanın Homs şəhərində qəzaya uğrayıb. Lent.az-ın ria.ru-ya istinadən məlumatına görə, bu gün saat 01:29-da baş vermiş qəza nəticəsində vertolyotda olan 2 ekipaj üzvü ölüb. Pilotların cəsədləri evakuasiya olunub və Hmeymim aviabazasına aparılıb.
Hadisə yerinə baxış keçirilərkən vertolyota qarşı hər hansı bir atəş izi qeydə alınmayıb.