Rusiya Daxili İşlər Nazirliyinin iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsi rəisinin müavini Boris Kolesnikov əməkdaşlarını rüşvətə təhrik etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, fevralın 25-də Kolesnikov istintaqa çağırılaraq, həbs olunub.
Mənbə qeyd edib ki, rəis müavininə ittihamnamə hələ təqdim olunmayıb.