Rusiya aviaşirkətləri Tbilisidən sonuncu reyslərini həyata keçirib
07 iyul 2019 22:03 (UTC +04:00)

Rusiya aviaşirkətləri Tbilisidən sonuncu reyslərini həyata keçirib

 

Rusiya aviaşirkətlərinə məxsus sərnişin təyyarələri prezident Vladimir Putinin fərmanı ilə tətbiq edilmiş qadağa ilə əlaqədar Gürcüstanın paytaxtı Tbilisidən Rusiya ərazisinə sonuncu reyslərini həyata keçiriblər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tbilisi hava limanından bildiriblər.

İki ölkə arasında birbaşa reysləri altı Rusiya və iki Gürcüstan aviaşirkətləri həyata keçirirdi. Bildirilir ki, Tbilisi hava limanından son iki təyyarə yerli vaxtla 19:00 və 19:55-də uçub.

Kurort şəhəri olan Batumidən isə gecə yarısı “Pobeda” aviaşirkətinə məxsus sonuncu reys Yekaterinburq istiqamətində havaya qalxacaq.

Uçuş qrafikinə əsasən, Moskvadan Tbilisiyə sonuncu reysi gecə saat 02:00-da “Aeroflot” şirkəti həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841
avatar

APA Baycan

Oxşar yazılar