Rusiya ABŞ-a cavab verəcək
31 avqust 2017 22:23 (UTC +04:00)

Rusiya ABŞ-a cavab verəcək

Rusiyanın San Fransiskodakı konsulluğunun, Nyu York və Vaşinqtondakı konsulluq qurumlarının bağlanılması - həyasızlıqdır və Rusiya buna, eyni tərzdə olmasa da, cavab verməlidir.  APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini Andrey Klimov bildirib.   

 

“Bu həyasızlıqdır. Bunu heç nə baş verməmiş kimi sakit qəbul etmək olmaz. Cavab addımları atmaq üçün qüvvəmiz, imkanlarımız və sağlam düşüncəli insanlarımız var”, - deyə Klimov qeyd edib.   

 

Qeyd edək ki, ABŞ sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286
avatar

Oxşar yazılar