Rusiya -Türkiyə Əməkdaşlıq Şurasının növbəti iclası bu ilin sonu, gələn ilin əvvəldə olacaq. Lent.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Anadolu agentliyinə eksklüziv müsahibəsində deyib. Onun sözlərinə görə, Çavuşoğlu rusiyalı həmkarı Lavrovla birgə bu iclası ən geci gələn ilin əvvəlinə qədər yüksək səviyyədə təşkil edəcəklər.
Xatırladaq ki, Əməkdaşlıq Şurasının beşinci görüşü 2014-cü ildə Türkiyədə keçirilib.