Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bu gün rusiyalı həmkarı Aleksey Ulyukayevlə Rusiya -Türkiyə birgə investisiya fondunun yaradılması planına dair bəyanat imzalayacaq.
Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.
Zeybekçinin sözlərinə görə, yaradılacaq fond üçüncü ölkələrə birgə sərmayələrin maliyyələşdirilməsinin təmin edilməsini nəzərdə tutur.
Qeyd edək ki, Aleksey Ulyukayev bundan əvvəl Rusiya və Türkiyənin azad ticarət zonasına dair sazişin imzalanmasına yaxınlaşdığını bildirib.