Rəsmi Kazan Krımdakı tatarları ruslarla barışa səsləyib
27 fevral 2014 02:34 (UTC +04:00)

Rəsmi Kazan Krımdakı tatarları ruslarla barışa səsləyib

Rusiyanın Tatarıstan Muxtar Respublikası və Ümumdünya Tatar Konqresi Ukraynadakı tatarlara müraciət edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, müraciətdə Krımın rus əhalisi ilə «barış və anlaşmaya» çağırılıb.

 

Bu haqda Tatarıstan Respublikasının başçısı rüstəm Minnixanov bildirib.

 

Mənbə xatırladıb ki, fevralın 26-da Krımın paytaxtı Simferopolda Rusiyayönlülərlə buna qarşı olanlar arasında qarşıdurma baş verib. Olay nəticəsində 20-yə yaxın insan xəsarət alıb.

 

Əsasən Krım tatarlarından ibarət mitinqdə Ukraynada hakimiyyət gələn yeni qüvvələr  dəstəklənib. Mitinqçilər «Ukraynaya eşq olsun!», «Allahu-əkbər!» şüarlar söylənilib.

 

Rusiyayönlülər isə «Rusiya!» -deyə qışqırmış, rus vətənsevər mahnıları oxuyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar