Rasmussen: «Rusiya bizi xəbərdar etmişdi»
27 fevral 2014 06:48 (UTC +04:00)

Rasmussen: «Rusiya bizi xəbərdar etmişdi»

Orduda gözlənilməz yoxlama ilə bağlı Rusiya tərəfi NATO rəhbərliyini məlumatlandırıbmış.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «Röyter» bildirib ki, quruma üzv dövlətlərin müdafiə nazirlərinin toplantısından sonra NATO-nun baş katibi Andres Foq Rasmussen bu haqda açıqlama verib.

 

«Bəli, Rusiya bizi xəbərdar etmişdi»-deyə, jurnalistlərin sualına cavabında bildirib.

 

Xatırladaq ki, fevralın 26 Rusiya prezidenti Vladimir Putin  Müdafiə Nazirliyinə Qərbi və Mərkəzi hərbi dairələrdə, bir sıra qoşunlarda döyüş hazırlığının yoxlanılması haqda göstəriş vermişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1232
avatar

Oxşar yazılar