Quantanamonun daha 15 məhbusu azad edildi
ABŞ Quantanamo həbsxanasında saxlanan 15 məhbusu azad edərək Birləşmiş Ərəb Əmirliklərinin hökumətinə təhvil verib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun açıqlamasında bildirilir.
Bu ilin iyunu üçün Quantanamo həbsxanasında 79 məhbus qalırdı. Qeyd edək ki, Barak Obama dəfələrlə həbsxananı bağlayacağına söz versə də, hər dəfə Konqresin etirazı ilə qarşılaşıb. Ötən ilin dekabrında ABŞ prezidenti bəyan etmişdi ki, 2016-cı ilin əvvəlində Quantanamoda məhbusların sayı 100 nəfərdən az olacaq.
Xatırladaq ki, Kuba ərazisində yerləşən Quantanamo həbsxanası 2002-ci ildə "Əl-Qaidə"nin törətdiyi 11 sentyabr terror aktından sonra açılıb.