İndoneziyanın Sumatra adasında qızıl mədənlərindən birinin çökməsi nəticəsində azı 11 nəfər yerin altında köməksiz vəziyyətdə qalıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Cambi əyalətində baş verib.
İlkin məlumatlara əsasən, mədən su basma nəticəsində çöküb.
Bildirilir ki, qəzaya düşənlər qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan yerli sakinlərdir.
Hadisə yerinə xilasedicilər göndərilib.