Qazaxıstanın Almatı vilayətində qatarın avtobusla toqquşması nəticəsində bir nəfər ölüb, iki uşaq və bir qadın xəsarət alıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev şəxsi “Twitter” səhifəsində yazıb.
Bundan əvvəl Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, bazar günü saat 19:20 radələrində qatar qaydaları pozaraq yola çıxan avtobusa çırpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində keçinib.
“Almatı vilayətindəki Aksengir – Şamalqan dəmir yolu keçidində qatar 67 nəfərin olduğu avtobusa çırpılıb. Bir nəfər ölüb, yaralılar var. Başsağlığı verirəm. İstintaq başladılıb”, - deyə Tokayev öz “Twitter” səhifəsində yazıb.