Qaz partladı: 7 nəfər öldü, 100 nəfər evsiz qaldı
17 avqust 2016 07:00 (UTC +04:00)

Qaz partladı: 7 nəfər öldü, 100 nəfər evsiz qaldı

Vaşinqtonun Silver Sprinq rayonunda baş vermiş  qaz partlaması nəticəsində 7 nəfər ölüb.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin açıqlamasında bildirilir.

 

Ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib. Axtarış əməliyyatı bu gün davam etdiriləcək.

 

Partlayışın səbəbləri araşdırılır.  

 

Qeyd edək ki, çoxmənzilli yaşayış binasında partlayış avqustun 11-də baş verib. İnsident nəticəsində bina uçub, 100-dək sakin evsiz qalıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar