Misirin Asyut şəhəri yaxınlığında məişət qazının partlaması nəticəsində 40 ev yanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 17 nəfər yanıq xəsarətləri alıb, ölən yoxdur.
İlkin məlumata əsasən, yanğına qaz balonunun partlaması səbəb olub. Yanğın sürətlə bir-birinə bitişik evlərə yayılmağa başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu bir neçə saat ərzində ram edə bilib.