Qasırğa bu ölkələri də vurdu: ölənlər və xəsarət alanlar var
Bu gün güclü "Tapa" qasırğası ilə əlaqədar Yaponiya və Cənubi Koreyada 900-dən çox aviareys ləğv edilib, çoxlu sayda elektrik xətləri qırılıb, ölən və xəsarət alanlar var.
APA-nın NHK telekanalına istinadən verdiyi məlumata görə, Yaponiyada 423 daxili aviareys ləğv edilib.
Cənubi Koreyada ləğv edilən aviareyslərin sayı 500-ə çatır. Hazırda qasırğanın mərkəzində təzyiq 975 hektopaskal, küləyin sürəti saniyədə 30-45 metr təşkil edir.
Qasırğa hazırda Yaponiyanın Xyusyu adasının qərbini vurur və daha sonra Yapon dənizi üzərindən şimal-şərq istiqamətdə hərəkət edəcəyi, Yaponiya və Koreya yarımadasının qərb sahillərini vuracağı gözlənilir. Son məlumata görə, qasırğa nəticəsində Yaponiyada 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Cənubi Koreyada da 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
698