Keçmiş SSRİ başçısı Mixail Qarbaçov Türkiyə və Rusiya dövlətləri arasında münasibətlərin yaxşılaşdırılmasının dünya siyasəti üçün mühüm adım hesab edir.
Lent.az-ın Doğan Xəbər Agentliyinə istinadən məlumatına görə, Qorbaçov Rusiya mətbuatına açıqlamasında bildirib ki, Vladimir Putin və Ərdoğanın görüşərək dialoqa getməsinin iki ölkə tərəfindən də böyük addım olduğunu dilə gətirib: “Hər iki dövlətin addım-addım bir-birinə yaxınlaşması, işbirliyi qurması lazımdır. Bunun həm Türkiyə, həm Rusiya, həm də dünya siyasətinə böyük töhfə verəcəyinə inanıram”.
Qeyd edək ki, bu gün Ərdoğan Sank-Peterburqa rəsmi səfər edərək Putinlə görüşəcək. Onalr arasında son görüş keçən il noyabr ayında görüşmüşdü.