Qadınlar telefon və planşetlərdə porno filmə kişilərdən daha çox baxır.
Lent.az-ın "Daily Mail"ə istinadən məlumatına görə, yeni aparılan araşdırmanın nəticəsinə görə porno saytların sahibləri qadın istifadəçilərin 71 faizinin mobil telefonla sayta girdiyini açıqlayıb. Kişilərdə isə bu nisbət 55 faizdir.
Araşdırma saytı ziyarət edən qadınların 80 faizinin mobil telefon və ya planşet istifadə etdiyini, kişilərin isə 69 faizinin bu yolla sayta girdiyini ortaya çıxarıb.
Qadınlar porno sayta girmək üçün kişilərə nisbətdə 34 faiz daha az stolüstü kompüter istifadə edir.