Pxenyan daha iki raket sınağı həyata keçirib
02 oktyabr 2019 07:28 (UTC +04:00)

Pxenyan daha iki raket sınağı həyata keçirib

 

KXDR Yaponiya dənizinə doğru iki ballistik raket sınağını həyata keçirib. Onlardan biri Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb.

APA xəbər verir ki, bu barədə Tokioda keçirilmiş mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib.

Bildirilir ki, bununla bağlı olaraq Yaponiyada baş nazir Sindzo Abenin, həmçinin Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərlərinin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının iclasını çağırılıb.

“Şimali Koreyanın atdığı iki raketin ətrafında yaranmış vəziyyətlə əlaqədar və gələcək addımları müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının iclasını çağırmışıq. Baş nazir Abe mövcud olan bütün məlumatları toplamaq, gəmilərin və təyyarələrin təhlükəsizliyini təmin etmək barədə əmr verib”, - Suqa belə deyib.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, KXDR 900 km yüksəkliyə doğru bir raket buraxıb və çox güman ki, həmin raket iki hissəyə ayrılıb. Koreya Respublikası Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, atışlar ölkənin şərq sahilindəki Vonsan liman bölgəsindən həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35