Rusiyanın prezidenti Vladimr Putin 11 generalı vəzifəsindən uzaqlaşdırıb. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, onların işdən azad olunması haqda fərman prezidentin rəsmi internet saytında yayımlanıb.
Məlumata görə, prezidentin fərmanı ilə Daxili İşlər Nazirliyinin general-mayorları Pavel Buqayev, Aleksandr Quk, Andreн Bıkov, Aleksandr Pervuxin (Udmurt Respublikasının daxili işlər naziri), Fövqəladə Hallar Nazirliyinin general-polkovniki Şamsutdin Daqirov (FHN yanğın əleyhinə Dövlət Akademiyasının rəhbəri), general-leytenantlar Valeri Zadorin, İqor Тapalkov, Oleq Troşin, general-mayorlar Vitaliy Şevçenko, Oleq Tuşmalov və Aleksandr Serqeyev vəzifələrini itiriblər.
İşdən azad edilən generalların yerinə yeni təyinatlar da elan olunub.