İrəvanın mərkəzi «Azadlıq» meydanın avqusutun 23-də prezidentliyə keçmiş namizəd, müxalif «İrs» Partiyasının lideri Raffi Ovannisyanın az sayda tərəfdarının ictimai iclası başlayıb.
Lent.az-ın Ermənistanın informasiya vasitələrinə istinadən məlumatına görə, tədbirin keçirilməsində məqsəd azadlıq uğrundan mübarizə aparan, çeşidli siyasi təşkilatlarının üzvü olan ölkənin gənc vətəndaşlarını bir yerə toplamaqdır.
Meydandakı bu aksiyaya Raffi Ovannisyanla yanaşı başqa siyasi partiya liderləri də qatılıb.
Xatırladaq ki, Raffi Ovnnisyan prezident seçkisində qəbələ qazandığını iddia etmiş. Bu iddiasını gerçəkləşdirmək üçün hətta aclıq aksiyası da keçirrmişdi. Ancaq Moskvaya çağrıldıqdan sonra o, aksiyanın dayandırmışdı.