Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tərəflər tezliklə təkbətək görüşün keçirilməsinə dair razılığa gəliblər.
Poroşenko Trampı Ukraynaya səfər etməyə dəvət edib.
“Poroşenko Trampa aktiv əməkdaşlığa hazır olduğunu bildirib və ABŞ-ın Ukraynaya Rusiya işğalına qarşı dəstək göstərməkdə davam etməsinin vacib olduğunu qeyd edib”, -deyə məlumatda qeyd olunub.