Ukrayna prezidenti Pyotr Poroşenko türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla telefon danışığı zamanı azad ticarət zonası barədə danışıqların sürətləndirilməsi ilə bağlı razılıq əldə olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında dərc edilmiş məlumatda bildirib.
Poroşenko telefon tanışı zamanı türk xalqını Türkiyə Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibəti ilə təbrik edib.
Türkiyə tərəfi bundan əvvəl Ukrayna ilə azad ticarət zonası barədə danışıqları bu ilin sonunadək, yaxud 2017-ci ildə yekunlaşdırmaq niyyətində olduğunu bildirmişdi.
Bundan başqa tərəflər həmçinin Krım yarımadasında insan haqları ilə bağlı vəziyyəti müzakirə ediblər.