Türkiyənin məşhur modelyeri Barbaros Şansal həbs edilib.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, məşhur modelyer yeni il tətili üçün getdiyi Şimali Kipr Türk Cümhuriyyətində saxlanılıb və İstanbula göndərilib.
Məlumata görə, təyyarədə və Atatürk Hava limanında Türkiyə vətəndaşları ona hücum etməyə çalışıblar, lakin polis bunun qarşısını alıb.
Barbaros Şansal əvvəlcə xəstəxanada müayinədən keçirilib, oradan isə İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə aparılıb.
O, sosial şəbəkədə Türkiyə əleyhinə görüntülərin yayımlanmasına görə ittiham edilir.
Barbaros Şansal 2005-ci ilin may ayında Lefkoşa aeroportunda üzərində narkotik aşkarlanmışdı və buna görə onun barəsində bir aylıq həbs qərarı qəbul olunmuşdu.