Polşalı jurnalisti Suriyada qaçırıblar
24 iyul 2013 22:47 (UTC +04:00)

Polşalı jurnalisti Suriyada qaçırıblar

Suriyanın şimal-qərbində İdlib əyalətindəki müxalifətin qərargahından bildirilib ki, Polşadan olan jurnalist Martsin Suderi islamçı adlanan qrup tərəfindən oğurlanıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, Polşada «Studio Melon» fotoagentliyinin işçisidir və Suriyaya tək gedib.

 

Ona Suriya müxalifətinin nəzarət etdiyi Saraqeb şəhərində basqın olunub. Onun kompüteri və pulunun oğurlandığı da bildirilib.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413
avatar

Oxşar yazılar