
Polis maşınını atəşə tutdular - Banka hücum edildi
Bu gün Tbilisinin Qldani rayonunda “Gürcüstan Bankı”-nın filialına hücum olub.
ONA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, banka hücum edənlər hadisədən bir neçə saat əvvəl bir qız və tanışının olduğu “Suzuki” markalı avtomobili onlarla birgə oğurlayıblar.
Qız və tanışının əl-qolunu bağlayan həmin şəxslər banka hücumdan sonra onları bankın ərazisinə atıb, özləri isə həmin avtomobilə əyləşərək aradan çıxıblar.
Şahidlərin ifadəsinə görə, banka hücum edənlər 3 nəfər olub. Onlar bankdan çıxdıqdan sonra yaxınlıqdakı polis maşınını da atəşə tutublar. Gürcüstan Daxili İşlər Nazirliyi atışma baş verdiyini, ancaq atışmada yaralanan olmadığını açıqlayıb.
Daxili İşlər Nazirliyi hələ ki, olayla bağlı başqa şərh verməyib.
Oxşar yazılar

Hava limanında faciəvi ÖLÜM: motor kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28
İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37