Belçika polisi Antverpen limanında 4,5 ton kokain müsadirə edib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, külli miqdarda narkotik maddə Kolumbiyadan Niderlanda göndərilən konteynerlərdə aşkarlanıb.
Müsadirə olunmuş narkotik maddənin 170 milyon avro dəyərində olduğu bildirilir. İnsidentlə əlaqədar 5 Niderland və 1 Kolumbiya vətəndaşı saxlanılıb. Faktla bağlı araşdırma aparılır.