Peruda zəlzələ nəticəsində 1 nəfər ölüb, 11 yaralı var - YENİLƏNİB
26 may 2019 19:48 (UTC +04:00)

Peruda zəlzələ nəticəsində 1 nəfər ölüb, 11 yaralı var - YENİLƏNİB

 
Bu gün Peruda baş verən 8 maqnitudalı zəlzələ nəticəsində ən azı 1 nəfər ölüb.
 
ONA-nın xəbərinə görə, bu barədə Perunun "La República" qəzeti Fövqəladə Hallara Reaksiya Mərkəzinə istinadən məlumat yayıb.
 
Kaxamarka regionunda binadan düşən daş kişinin ölümünə səbəb olub. Perunun müxtəlif rayonlarında isə 11 nəfər xəsarət alıb.
 
Qeyd edək ki, bu gün baş verən 8 maqnitudalı zəlzələnin ocağı Laqunas şəhərindən 85 km şimal-şərqdə, 105 km dərinlikdə yerləşib. Yeraltı təkan Braziliya, Ekvador və Kolumbiyada da hiss edilib. Zəlzələ nəticəsində Perunun San-Martin və Loreto departamentlərində bir neçə yaşayış məntəqəsinin elektrik enerjisi ilə təchizatı dayanıb, çoxlu sayda bina, o cümlədən yaşayış evləri və xəstəxana dağılıb.
 
15:00
 
Bu gün Peruda baş verən 8 maqnitudalı zəlzələ dağıntılara yola çıb.
 
ONA-nın Alman dalğasına istinadən verdiyi məlumata görə, zəlzələ ölkənin şimalında və mərkəzində, o cümlədən paytaxt Limada hiss edilib.
 
İnsanlar qorxu içərisində evlərini tərk ediblər. Perunun Amazon çayı sahilindəki bir sıra şəhərlərində elektrik enerjisi təchizatı dayanıb. Peru telekanalları Yurimaquas şəhərində bir neçə binanın dağıldığı barədə məlumat yayıb.
 
Hələlik tələfatlar barədə məlumat daxil olmayıb.
 
 
12:37
 
Bu gün Perunun şimalında 8 maqnitudalı zəlzələ olub.
 
ONA-nın məlumatına görə, b barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
 
Zəlzələnin ocağı Laqunas şəhərindən 85 km cənub-şərqdə, 105 km dərinlikdə yerləşib.
 
12:13
 
Bu gün Peruda 7,5 maqnitudalı zəlzələ olub.
 
ONA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
 
Dağıntı və tələfat barədə məlumatlar dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2347
avatar

Oxşar yazılar