ABŞ Müdafiə Nazirliyi Suriyada baş verə biləcək insidentlərin qarşısını almaq üçün Rusiya ilə qarşılıqlı əlaqələri genişləndirməyi planlaşdırır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri (CENTCOM) general Cozef Votel bildirib.
“Hazırda insidentlərin qarşısının alınması istiqamətində səylərimiz səmərəlidir, lakin Suriyanın şimalında döyüşlər şiddətlənib genişləndikcə, Rusiya ilə baş verə biləcək insidentlərin qarşısının alınması mexanizmləri nəzərdən keçirmək gərəkdir”, - deyə general Senatda dinləmələr zamanı qeyd edib.