Pan Qi Mun: “İstərdim ki, BMT-yə qadın rəhbərlik etsin”
16 avqust 2016 06:37 (UTC +04:00)

Pan Qi Mun: “İstərdim ki, BMT-yə qadın rəhbərlik etsin”

 “Şəxsən mən istərdim ki, bundan sonra BMT-yə qadın rəhbərlik etsin”.

 

APA-nın Assosiated Press agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibi Pan Qi Mun bəyan edib.

 

“BMT-yə ilk dəfə qadının rəhbərlik etməsinin əsl zamanı gəlib. Lakin bu məndən asılı deyil”, deyə Pan Qi Mun bildirib.

 

Qeyd edək ki,  Pan Gi Munun səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır. BMT Təhlükəsizlik Şurası yeni baş katibin namizədliyini Baş Assambleyaya tövsiyə etməlidir.

 

Hazırda BMT baş katibi postuna 5-i qadın olmaqla 11 nəfər namizəddir. Bağlı qapılar arxasında keçiriləcək seçkilərin üçüncü turu avqustun 29-a təyin olunub. İlk iki raund iyulun 21-i və avqustun 5-də baş tutub. Məlumatlara görə, seçkilərdə  Portuqaliyanın sabiq baş naziri, 2015-ci ilədək BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı olmuş Antoniu Qutyerreş liderlik edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar