2013-cü ildə dünyada qətlə yetirilən jurnalistlərin sayı ötən illə müqayisədə 20 faiz azalıb.
Lent.az-ın «intrefaks»a istinadən məlumatına görə, bu haqda «Sərhədsiz reportyorlar» təşkilatının hesabatında bildirilib.
Hesabata əsasən, 2013-cü ildə oğurlanan jurnalistlərin 87-yə çatıb. Ötən il isə onların sayı 37 olub. Onların yarısından çoxu Suriyada İtkin düşüb.
«Hazırda 18 xarici, 22 suriyalı KİV əməkdaşından xəbər yoxdur. Onlar ya itkin düşüb, ya da oğurlanıb»-deyə, hesabatda vurğulanıb.
Mənbə bildirib ki, 2013-cü ildə 71 KİV əməkdaşı, 39 bloger öldürülüb. 2012-ci ildə isə bu rəqəm uyğun olaraq, 88 və 47 olub.