Şərqi Çin dənizində Honqkonq quru yük gəmisi ilə toqquşan Panama qeydiyyatlı tanker bir neçə gün yandıqdan sonra bu gün suya batıb.
APA-nın AzərTAC agentliyinə istinadən verdiyi məlumata görə, İranın Milli Tanker Şirkəti (NITC) tərəfindən idarə olunan “The Sanchi” adlı neft tankeri 136 min ton son dərəcə yüngül və uçucu neft növü olan kondensat daşıyıb.
Yanvarın 7-də baş verən toqquşma nəticəsində tankerin 32 heyət üzvü, o cümlədən 30 İran və 2 Banqladeş vətəndaşı itkin düşüb. Qəzadan bir gün sonra bir nəfərin, yanvarın 13-də isə əlavə 2 nəfərin cəsədi tapılıb.
Bir həftəyə yaxın davam edən güclü yanğını tam söndürmək mümkün olmayıb.