ABŞ prezidenti Barak Obamanın köməkçisi Co Bayden sabah Türkiyəyə səfər edəcək.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Türkiyəyə gedəcək Bayden əvvəlcə Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman ilə mətbuata qapalı görüş keçirəcək, daha sonra isə 15 iyulda bombalanan parlamentin binasını gəzəcək.
Daha sonra baş nazir Binəli Yıldırım ilə ikili görüş keçiriləcək.
Bayden son olaraq prezident Rəcəb Tayyip Ərdoğanın sarayında qonaq olacaq. İkili arasında qapalı görüş keçiriləcək.