Obama ABŞ-dakı iqtisadi bərabərsizlikdən danışıb
05 dekabr 2013 07:23 (UTC +04:00)

Obama ABŞ-dakı iqtisadi bərabərsizlikdən danışıb

«ABŞ-ın qarşısında duran ən kəskin problem iqtisadi bərabərsizliyin artmasıdır».

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə , ABŞ prezidenti Barak Obama bildirib.

 

«Bir faiz varlı amerikalının hesabında adi ABŞ ailələrinkindən 288 dəfə çox pul var. Bu ölkəmiz üçün rekorddur» -deyə, o, vurğulayıb.

 

B.Obama qeyd edib ki, bu problemlə yalnız ABŞ deyil, inkişaf etmiş bütün dövlətlər üzləşir. Onun sözlərinə görə, ABŞ-da «bərabərsizliyin daha güclü olduğu görünür».

 

 

ABŞ lideri yaxın zamanlarda sosial dəstəyə ehtiyacı olan şəhər və kənd əhalisi üçün «perespetivli zonaların» yaradılmasına başlanılacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519
avatar

Oxşar yazılar