ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel ilə görüşdə Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaların saxlanılmasının vacibliyini müzakirə edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Barak Obama Berlində mətbuat konfransında bildirib.
“Rusiya Minsk razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyincə Rusiyaya qarşı sanksiyaların saxlanılması vacibdir”, - deyə Obama qeyd edib.