Nyu-Yorkun Kennedi adına beynəlxalq hava limanında atışma olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs aeroportun 8-ci terminalında atəş açıb.
Sərnişinlər hava limanından təxliyə edilir. Bir sıra uçuşlar təxirə salınıb. Məlumata görə, hadisə yerinə polis qüvvələri cəlb edilib
Zərərçəkənlər barədə məlumat yoxdur. Hadisə ilə bağlı hər hansı rəsmi məlumat hələ ki, verilməyib.